Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo yubiley qolunu vurdu: Messi 28 top geridədir

Müasir futbolun ən böyük simalarından sayılan Kriştiano Ronaldo karyerasının yubiley qolunu rəsmiləşdirib.

O, Portuqaliya milli komandasının heyətində Ukrayna ilə səfər görüşündə 700-cü qolunu vurub.

Bizimyol.info xəbər verir ki, Ronaldo istəyinə penalti zərbəsi sayəsində çatıb. Məşhur futbolçu bununla həm də milli komandadakı 95-ci qolunu vurub. Bu səviyyədə hamını geridə qoymaq üçün daha 15 topa ehtiyac var. Milli komandalarda ən çox azərbaycanlı futbolçu Əli Daei fərqlənib. İranın keçmiş hücumçusu başqa ölkələrin kollektivlərini 109 dəfə məyus etmişdi.

Ronaldo qollardan 450-ni “Real”ın, 118-ni “Mançester Yunayted”in, 32-ni “Yuventus”un, 5-ni isə “Sportinq”in heyətində vurub.

Kriştianonun əsas rəqibi sayılan Lionel Messinin hesabında 672 top var. Ronaldo karyerası ərzində 974, Messi isə 828 oyuna çıxıb.

Son xəbərlər
Bütün xəbərlər »