Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan paytaxtında uşaqlara ərzaq satmağı dayandırdılar

Türkmənistanda ciddi ərzaq çatışmazlığı var. Buna görə paytaxt Aşqabadda uşaqlara ərzaq satmağı dayandırıblar.

Bizimyol.info xəbər verir ki, Türkmənistan paytaxtında gündəlik tələbat malları müəyyən limitlə satılır. Buna görə də çoxuşaqlı ailələrdə valideynlər mağazalara övladları ilə gəlirdi ki, daha çox çörək, un ala bilsinlər. Hökumət bunun qarşısını almaq üçün uşaqlara ərzaq satmamaq tapşırığı verib.

Xüsusilə “Bərəkətli” bazarında ibtidai sinif şagirdlərini qovurlar. Amma satıcılar hakimiyyət nümayəndələrindən tapşırıq aldığını etiraf etmir. Bəhanə gətirirlər ki, guya uşaqlar dərsdən qalır, məktəbə gecikirlər.

Alıcılardan biri səbəbi başqa cür izah edir. Altı uşaq atası olan aşqabadlı kişi alternativ media nümayəndəsinə bildirib ki, satıcılar tapşırıqdan çox dövlət qiymətinə daha az ərzaq satmaqda maraqlıdır. Çünki qara bazarda ərzağın qiyməti iki dəfə yüksəkdir. Hökumət isə inzibati yollarla qiymət artımının qarşısını almağa çalışır.

Aşqabadda daha çox yumurta çatışmır. Yumurta üçün böyük növbələr müşahidə olunur.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Yollardan istifadə qaydaları əleyhinə inzibati xətalara görə cərimə ödəniləcək
Son xəbərlər
Bütün xəbərlər »