Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ordusunun məhv etdiyi terrorçuların sayı 600-ə çatır

Suriya ərazisində “Barış Pınarı Harekatı”na (Sülh bulağı hərəkatı) başlayan Türkiyə ordusu terrorçuları sıradan çıxarmaqda davam edir. Məhv edilən terrorçuların sayı 600-ə çatır.

Bizimyol.info xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi hər gün sıradan çıxarılan düşmən qüvvələri ilə bağlı məlumat yayır. Dünən axşam saatlarında 560 terrorçunun öldürüldüyü bildirilmişdi. Bu gün rəqəmin 595-ə çatmasıyla bağlı xəbər verilir.

Məlumata görə, terrorçulardan azad olunan kəndlərin sayı 42-yə çatıb. Türkiyə Müdafiə Nazirliyi hərəkatın uğurla davam etdiyini bildirir. Hərəkatın sonuna qədər minlərlə terrorçunun məhv ediləcəyi güman olunur.

“Barış Pınarı Harekatı”na görə Türkiyə hökumətinə təzyiqlər böyükdür. Amma hər çıxışında dövlət başçısı Rəcəb Tayyip Ərdoğan geri addım atmayacaqlarını açıqlayır.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »