Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“MİDA-nın fəaliyyətində şəffaflıq və bərabərlik prinsipinin olmasına şübhələr var”

Sabah Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı keçiriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcəkdir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Bizimyol.info-ya bildirib ki, MİDA-nın Yasamal Yaşayış Kompleksi sosial layihə olduğu üçün bu layihəyə yüksək tələbat var: “Bu layihə çərçivəsində satışlar başlayanda nöqsanlar ortaya çıxdı və cəmiyyətdə sərt reaksiya görüldü. MİDA daha sonra satışda olan problemləri qismən aradan qaldırsa da, MİDA-nın fəaliyyətində şəffaflıq və bərabərlik prinsipinin olmasına şübhələr var”.

Rəşad Həsənov

Ekspert deyib ki, bu dəfə mənzillərin satış prosesində həm nağd alan, həm də ipoteka ilə mənzil alan vətəndaşlar iştirak edəcək: “Hər an nəysə gözlənilə bilər. Güvənli sistem hələ də yaradılmayıb”.

R.Həsənov onu da deyib ki, mənzillərin nağd satışı sosial layihənin hədəflərinə ziddir: “Əvvəllər mənzillər nağd şəkildə müştərilərə satılırdı. Əgər o alıcının mənzili nağd şəkildə ala bilirsə, onda o şəxs necə aztəminatlı ola bilər?

Eləcə də, mənzili olan, amma hansısa sosial qrupa daxil olan şəxslərin sosial layihənin güzəştlərindən istifadə edərək mənzil almasının qarşısı alınmalıdır”.

Bizimyol.info

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »