Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusların dəfn dərdi: Kənd camaatı meyitlərini baqajda, un kisəsində, ya da maşının banında daşıyır – Foto
Meyt daşınması

İndi Rusiyanın ucqar rayonlarında meyitin morqa aparılması və ya meyitin dəfn edilməsi xüsusi gəlirli biznesə çevrilib. Hamının buna gücü çatmadığı üşün isə biabrçı vəziyyət yaranır.

Rusiya qanunlarına görə, ölən şəxsi, morq nümayədələri olmadan dəfn etmək mümkün deyil. Çünki 2016-cı ildən poliklinikalar ölüm haqqında şəhadətnamə vermir. İnsanlar morqa müraciət etməyə məcburdurlar. Ucqar kəndlərdə isə meyitin morqa gətirilməsi tragikomik hallara səbəb olur.

Bir çoxları yaxınlarının meyitlərini morqa aparmaq üçün xüsusi avtomobil tuta bilmədiklərinə görə, onu ya baqajda, ya arxa oturacaqda ya da avtomobilin damında aparmalı olur. Dövlət ölən şəxslərin meyitlərinin daşınmasında kömək etmir.Bu günlərdə Voronejin ucqar kəndlərində baş vermiş hadisə isə bu probelmə bir daha diqqət çəkib. Belə ki, vəfat etmiş 60 yaşlı Andrey Qradovun meyitini morqa aparmaq üçün onu baqaja yerləşdirmək mümkün olmayıb. Mərhumun boyu çox ucaymış. Qohumları meyiti döşəkağına büküb “Volqa”nın banına yükləyiblər. Yolda külək meyitin üzərinə çəkilmiş örtüyü uçurub və meyit 50 kilometr məsafəni üstüaçıq şəkildə bu qaydada aparılıb. Bu əlbəttə ətraf kəndlərin insanları arasında həm gülüş, həm də narazılıq yaradıb. Bu barədə Rusiyanın Gazeta. ru saytında məlumat verilib.

Meyt daşınması

Tambovda artıq gənclərin yaşamaq istəmədikləri ucqar kəndlərdə isə qocalar məhz elə bu səbəbdən ölməkdən qorxurlar. Meyitlərini daşımağa heç kimsə olmayacağı üçün.

Polis və təcili yardım maşınları bu proseduru əsla həyata keçirmək istəmirlər. Bu qanunvericiiklə nəzərdə tutulmayıb.Voronej sakini isə mərkəzə yazdığı şikayətdə bildirib ki, rəhmətə getmiş qardaşını morqa aparmaq üçün onu un kisələrinə bükərək baqaja yerləşdirməli olub. Bir çoxları belə olanda kənddə olan qoşqulu traktordan istifadə edir, meyiti traktorun qoşqusunda aparırlar. Xüsusi avtomobillərlə kənddən rayon mərkəzindəki morqa meyit daşınması 3 min rubla başa gəlir, meyitin avtomobilə yüklənməsi üçün 500 rubl, hündürmərtəbəli binadan endirilməsi üçün 1300 rubl tələb olunur.Amma məzar yeri pulsuz təklif edilir.

Hansı meyitlərin basdırılması və morqa aparılması pulsuz başa gəlir? Yalnız cinayətə qurban gedənlərin. Hadisə yerinə çağırılmış polis və tibbi yardım briqadası bu zaman meyiti tibbi ekspertiza və patoloji anatomiya birliyinə apardıqdan sonra morqa təqdim edir. Belə sonluğu isə heç kim özünə arzulamaz.

Bu məqaləni oxuyan hər kəs yəqin mütləq ürəyində bizim yas və dəfn mərasimlərimizi ruslarla müqayisə edib. Sizcə hansı daha urvatlıdır?

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Turist daşıyan təyyarə yandı - Video
››› Beş gün dərs olmayacaq
››› Bakıda amansız qətl: Kişinin ayaqlarını sındırdılar...
››› Həkim terrorunun daha bir qurbanı
››› Xose Bernardo onu və qardaşını bıçaqlayanın kim olduğunu açıqladı - Video
Son xəbərlər
Bütün xəbərlər »