Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsmayıllıda hərbi xidmətini başa vurmuş gənclərin qarşılanması mərasimi olub

Oktyabrın 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İsmayıllı rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin İsmayıllı rayon mərkəzində yerləşən abidəsi önünə gül dəstələri qoyub və dərin ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən SHXÇDX-nin İsmayıllı rayon şöbəsinin rəisi, polkovnik-leytenant

Xamis Bədəlov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesindən

söz açıb. Gəncləri müddətli həqiqi hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edərək

onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. Bildirib ki, müstəqil dövlət quruculuğu

yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Fərəhli haldır ki, bu gün

gənclərimiz Vətən  qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşürlər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev və digər çıxış

edənlər həqiqi hərbi xidmətin vətəndaşlıq borcu və şərəf olduğunu vurğulayıblar.   Azərbaycan

xalqının ordumuzun gücünə inandığını bildirib və işğal altındakı torpaqlarımızın tezliklə azad

ediləcəyinə əminlik ifadə ediblər.

Valideynlər adından çıxış edən Ağarəhim Həşimov övladının hərbi xidməti uğurla başa

vurması ilə fəxr etdiyini bildirib.

Silahlı Qüvvələrdən ehtiyata buraxılmış Rəsul Həşimov Azərbaycan Prezidenti, Ali Baş

Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin regionun

ən güclü ordusuna çevrildiyini vurğulayıb.

Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların

hüquq və vəzifələrinə dair izahedici söhbət aparılıb.

Müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərə müxtəlif qiymətli hədiyyələr təqdim

olunub.

Sonra İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən ehtiyata buraxılmış hərbi qulluqçulara

vakant iş yerləri təklif edilib.

Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası

vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və

müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması davam edir.

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »