Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nazarbayev “Türk Şurasının ömür boyu fəxri sədri” oldu
Nursultan Nazarbayev

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevə “Türk Şurasının ömür boyu fəxri sədri” statusu verilib.

Bizimyol.info xəbər verir ki, “Haber Global” məlumatına görə, status Nazarbayevə Bakıda keçirilən Türk Şurasının VII Zirvə Görüşündə təqdim edilib.

Məlumatlara görə, Türk dünyasını birləşdirmə səylərinə verdiyi böyük töhfələrə görə Nazarbayev bu statusa layiq görülüb.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü öz işinə başlayır. İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Paylaş »
››› Türkiyə ilə bağlı dəhşətli statistika
››› Baş nazirin həyat yoldaşının adı azərbaycanlı qızla birlikdə qalmaqalda hallanır
››› "Kasıblar "kombi" işlətmir, qiymət artımı onlara təsir etməyəcək"
››› Milli Məclis Oqtay Əsədovla bağlı yayılan məlumatlara dair açıqlama yayıb
››› Cəfər Cabbarlı meydanı boşaldılır
Son xəbərlər
Bütün xəbərlər »