Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Generalın qohumunun məhkəməsinin vaxtı açıqlandı

Bakıda xuliqanlıqda təqsirləndirilən İsa Əzizovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Bizimyol.info xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçiriləcək məhkəmə prosesi oktyabrın 24-nə təyin edilib.

Cinayət işinə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Cinayət işində dörd zərərçəkmiş var.

Hadisə bu ilin may ayında axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Məlumata görə, Bakı sakini Əzizov İsa Nadir oğlu və yanında olan digər şəxslər bir neçə nəfərə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki “Vinçester” markalı silahdan atəş açıb.

İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Hadisə zamanı kütləvi davanın iştirakçılarından “Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz silah saxlama) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb.

Hadisənin digər iştirakçıları ilə bağlı cinayət işləri ayrıca icraatda araşdırılıb və baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, İ.Əzizov Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.(oxu.az)

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »