Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu uşağın cinsiyyəti yoxdur, çünki valideynləri belə istəyir - Foto

Britaniyalı ailə öz övladına Anuş adı verib və onun haqqında danışarkən nə qız, nə oğlan deməyərək, “onlar” deyə səslənirlər.

Bizimyol.info xəbər verir ki, Şanti Annet Hamfri və Ceyk İnqland Cons cütlüyü dünyaya gələn uşaqlarına gender mənsubiyyəti “sırımamaq” üçün belə etdiklərini açıqlayaraq onun gələcəkdə öz cinsini özünün seçməsini istədiklərini deyiblər. “Qız və ya oğlan olmasını o özü seçəcək, öz istəyinə uyğun. Biz ona neytral geyimlər alırıq, hələlik 14 aylıqdır. Oyuncaqları da Anuş özü seçir.Həm oğlan, həm qız oyuncaqları alırıq”,- deyə Anuşun atası bildirib.

Cinsiyyətsiz uşaq

“Mən hamilə qalanda ərimlə razılığa gəldik ki, gender zorakılığından uzaq duraq. Anuşun yanında heç vaxt onun cinsi barədə danışmır, ona oğlum və ya qızım deyə müraciət etmirik,- deyə 38 yaşlı ana bildirib.

Anuşun valideynləri gəmidə yaşayırlar, onlar sirk artistidirlər.

Onlara ətrafdakıların maraqları ilə baş etmək asan deyil. Bizdən tez-tez soruşurlar “Anuş qızdır ya oğlan?”. Biz isə istəyirik ki, Anuş bizim üçün dünyanın ən gözəl varlığıdır. Vaxt gələcək biz onun oğlan və ya qız olduğunu biləcəyik. O seçim etdikədn sonra”.- deyə valideynlər bildirilər.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »