Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert Təhsil Sərgisini təndiq etdi: “Universitetlər, kollecləri, peşə təhsili məssisələrini sərgidə görmədim”

“13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyəti iştirak etməyib”.

Bizimyol.info xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov bildirib.

Kamran Əsədov Kamran Əsədov

Ekspert qeyd edib ki, dövlət və özəl ali təhsil müəssisələri ilə yanaşı xüsusi təyinatlı ali təhsil məssisələri də sərgidə iştirak etməyib: “Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı kimi dövlət universitetlərimiz, xüsusi təyinatlı ali təhsil məssisələrimiz (Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası) ümumiyyətlə iştirak etmədi.

Özəl ali təhsil müəssisələrindən "Xəzər" Universiteti, "Odlar Yurdu" Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Kooperasiya Universiteti, "Naxçıvan" Universiteti, "Qərb" Universiteti kimi özəl universitetləri sərgidə görmədim”.

Ekspert bildirib ki, kollecləri, peşə təhsili məssisələrini isə sərgidə iştirak etməyib: “Peşə təhsili ilə bağlı gözləntilərim özünü doğrultmadı. Belə çıxır ki, bu istiqamətdə görülən işlər də formal imiş”.

Ekspert deyib ki, sərgidə iştirak etmək hər bir universitetin ölkənin təhsil bazarında mövcudluğunu, özünün məhsullarının, kadr hazırlığı istiqamətində potensialını ortaya qoymaq istiqamətində bir şansdır: “Nəzərə alsaq ki, təhsil sərgisinin iştirakçısı konkret olaraq bu sahəyə aid seçilmiş iştirakçılardır, deməli bundan yaxşı imkan bir də ola bilməz.

Bizim təhsil müəssisələri bilir ki, onsuzda Azərbaycan abituriyenti topladığı bala görə universitet seçir. Onlar üçün keyfiyyət o qədər də önəmli deyil. Yəni keçid balı toplayan abituriyent çöldə qalmamaq üçün hansısa universiteti seçib bəxtəxda qəbul olacaq. Amma abituriyentlərin yerinə olsam, bu universitetləri seçmərəm.

Sərgidə olduğum müddətdə kifayət qədər araşdırma apardım və məni heç bir universitet xüsusi olaraq məni cəlb etmədi. Ardıcıl olaraq 3 ildir ki, sərgidə iştirak edirəm və universitetlərin formal olaraq qatıldığının şahidi oluram. Fərqlilik və cəlbedicilik üçün çox imkan var idi… Vallah, belə sərgi olmur.

Təklif edirəm ki, sərgidə bütün ali və orta ixtisas, peşə təhsili məssisələri iştirak etsin. Sərgi rayonlarda, bölgələrdə təşkil edilsin. Universitetlər bir qələm, bloknot, 2-3 dənə kitab-jurnal qoymaqla işlərini bitmiş hesab etməsinlər”.

Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »