Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Aztelekom” özəl provayderlərdən müştəri oğurlayır"

“İnsanlarin razılığı və hətta xəbəri olmadan onları özəl Provayderlərdən çıxararaq Aztelekom şəbəkəsinə keçirirlər. Mikayıl Babayev bütöv bir ərazini, Sulutəpə yaşayış massivini və bu rayondakı digər əraziləri internetsiz qoymaqdan çəkinmir”.

Bizimyol.info xəbər verir ki, bu sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Osman Gündüz

“Özəl provayderlərin müştərilərinin "oğurlanması" üzrə 1-ci yerdə qərarlaşan Abşeron Telekommunkasiya Qovşağının rəisi Mikayıl Babayev həqiqən qurd ürəyi yeyib.

Rəis özəllərə qarşı əsil “innovativ müharibə” elan edib. Provayderlərlə Qovşaq arasında məhkəmə çəkişməsinin getdiyi bir zamanda , Mikayıl Babayev bütöv bir ərazini, Sulutəpə yaşayış massivini və bu rayondakı digər əraziləri internetsiz qoymaqdan çəkinmir.

Özəllərin internet xidməti üçün zəruri olan Qovşaqdakı bütün avadanlıqlarını çəkinmədən söndürür.

İnsanlarin razılığı və hətta xəbəri olmadan onları özəl Provayderlərdən çıxararaq Aztelekom şəbəkəsinə keçirirlər.

Belə davam edərsə Xaçmaz rayonundan sonra burada da yalnız bir Aztelekom dövlət provayderi fəaliyyət göstərə biləcək

Sektiorda tənzimləyici qurum NRYTN-dir. Aztelekom da Nazirliyin qurumudur. Deməli buradan belə nəticəyə gəlmək olar ki maraqlı tərəf elə tənzimləyici qurumdur.

Buna görə də Provayderlər məhkəməyə və Aniinhisar Dövlət Xidmətinə müraciət ediblər . Aniinhisar NRYTN üçün icrası məcburi qərar qəbul edib. Lakin Nazilrik həllik icraya tələsmir.

Ümid edirəm hökumət bu problemin həllinə nəhayət ki reaksiya verəcək”,- deyə o bildirib.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »