Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Nazirlik İnnovatriv Həftə keçirir, ADY rəhbəri rəqəmsal dəmir yolu müzakirə edir, adi internet xidməti isə əlçatan deyil”
Rabite Nazirliyi

“NRYTN yenidən Bakıda İnnovasiya Həftəsi təşkil edir, regionlarda isə adi internet xidmətini əldə etmək mümkün deyil.

Dünən Balakən Dəmir Yol Stansiyasında yenə də internet olmadığından Balakən - Bakı sərnişin qatarına onlayn formada alınan biletləri oflayn biletə çevirmək mümkün olmayıb.

Burada internet xidmətini ancaq Azercell Data kart vasitəsilə əldə etmək mümkündür. Hansı ki o da işləmirdi.

Sadəcə biabırçılıqdır”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib.

“Turistlər də daxil olmaqla onlayn bilet alanların biletləri , qatar rəisinin diribaşlığı ilə qarşıdakı stansiyalarda çap olunaraq təqdim edildi.

Dəfələrlə bu hal təkrarlanıb.

İnnovasiya həftəsi keçirən Nazilrikdən xahiş edirəm ki , innovasiya lazım deyil, fiber -optik lazım deyil, ADY ilə birləşib , heç olmasa adi , mis məftildən bu dövlət qurumuna bir telefon xətti çəkin və onun üzərindən heç olmasa ADSL internet verin.

Bir müdət öncə Avropada Beynəlxalq Dəmir Yolu Konqresində rəqəmsal dəmir yolları və ağıllı dəmir yol infrastrukturu müzakirə olunurdu. ADY rəhbəri Cavid Qurbanov da müzakirələrdə iştirak edib.

Görünən budur ki , Nazirlik İnnovatriv Həftə keçirir, ADY rəhbəri rəqəmsal dəmir yolu müzakirə edir, adi internet xidməti isə əlçatan deyil”.

Bizimyol.info

Paylaş »
››› Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur?
››› Ən çox hansı bürcdən olanlar yaşayır...
››› Deputat kürkünü geyinib küçəni süpürdü, tənqid edildi
››› Prokuror: "Almaniyada saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir"
››› Məktəb direktoru ilə müəllim arasında konflikt – Müəllimə şiddətli töhmət verilib
Son xəbərlər
Bütün xəbərlər »