Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər türklərə qarşı terrorçu xislətlərini ortaya qoydular

Xəbər verdiyimiz kimi, Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.

Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar. Bu addımın Türkiyədə yaşayan ermənilərlə türklərin arasına çaxnaşma salması mümkündürmü? Və ya ermənilərin bu jestinə qarşı Suriyadakı terrorçu qruplaşmalar Qarabağa gəlib onlarla birlikdə bizə qarşı döyüşə bilərmi?

Bizimyol.info-nun bu sualını politoloq İlham İsmayıl cavablandırıb.

İlham İsmayıl İlham İsmayıl

“Mənə belə gəli ki, bu bizdən çox ermənilərin özlərinə problem yaradar. Əvvəla Suriyadakı ermənilər könüllü yox, təhriklə döyüşə gediblər. Keçən əsrin 70-ci illərindən etibarən ermənilərlə kürdlər PKK-da birləşərək Türkiyə dövlətinə qarı mübarizə aparıblar. Ona görə onların yenidən bir araya gəlib bir- birlərinə dəstək göstrməsində qeyri-təbii heç nə yoxdur. Ermənilərin terrorçuları Qarabağa çağıra biləcəyinə inanmıram. Dağlıq Qarabağı məlum məsələdir ki rusiya idarə edir. Amma hazırda bütün dünyada terrora qarşı mübarizə var. Qınaq var, Ermənistan bu addımı atmaqdan çəkinər. Bu sadəcə müvəqqəti bir kampaniyadır. Döyüş xarakterli deyil, təbliğat xarakterli addımdır”,- deyə politik bildirib.

Sirr deyil ki, bu günə qədər Türkiyə istisna olmaqla qədər türk dövlətləri Qarabağ məsələsində qətiyyətli addım atmayıblar. “Türk Şurasının Bakıda keçirilən Zirvə görüşündən sonra hansısa real addımın atılması gözləniləndirmi?” sualımızı İlham İsmayıl belə cavablandırdı?

“Bunun üçün biz özümüz ciddi iş görməliyik, ciddi bir proqram olmalıdır ki, hər tərəfli əməkdaşlıq, konkret Qarabağala bağlı addımlar atılsın. Məncə türkdilli dövlətlər bu addımı cavabsız qoymazlar. Öncə QHT-lər səviyyəsində, daha sona dövlət səviyyəsində dəstək almaq olar. Ermənilər necə edirlər? Ayrı ayrı adamlarla əməkdaşlıq edirlər. Sonra bunu genişləndirilər. ABŞ-ın hansısa qubernatoru ilə dostluq qurulur, o qubernatorun rəhbərlik etdsiyi ştat Qarabağla bağlı ermənilərə dəstək verir, amma ümumən dövlət yox. Bu şəkildə də irəliləmək olar.

Yaxın gələcəkdəAvropa İttifaqının üzvü olan Macarıstanın Türk Şurasının üzvü olması da gözlənilir. Macarlar hazırda müşahidəçi kimi gəiblər, onlar türk kökənli olduqlarını bildirirlər və hesab edirəm ki, bunun bizə yalnız xeyri var, ziyanı yoxdur”.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »