Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı məmur oğlunun Yunanıstanda 19 gündə 2 milyon avro xərclədiyi bildirilir

Yunanıstanın Mikonos adasında bir qrup azərbaycanlı gənc 19 gündə iki milyon avro xərcləyib.

Bizimyol.info xəbər verir ki, Yunanıstan televiziyasında yayımlanan "George Liaga ilə günorta" şousunun reportajına görə, həmin gənclər Azərbaycanda neft-qaz şirkətlərindən birində çalışan vəzifəli şəxslərin övladlarıdır.

Məlumata görə, 12 nəfərlik qrup adada villa icarəsi üçün günlük 25 min avro olmaqla cəmi 475 min avro (893 min manat) xərcləyib. Azərbaycanlı gəncləri 12 cangüdən qoruyub, onlara da günlük 700 avro olmaqla ümumilikdə 159600 avro (300 min manat) ödənilib. Ödədikləri ən böyük hesab 4 saat ərzində barda xərclədikləri 65000 avro (122 min manat) olub. İddiaya görə, gündəlik xərclərini qarşılamaq üçün 50000 avro (94 000 manat) tutumu olan çanta ilə dolaşan gənclər, daha böyük hesabları kredit kartları ilə ödəyiblər. 12 nəfərlik qrupu 20 modelin də müşayiət etdiyi deyilir.

Ümumi istirahət üçün azərbaycanlı gənclər 2 milyon avro (3 milyon 750 min manat) xərcləyiblər. Həmin qrupun keçən ilki istirahət büdcəsi isə 3 milyon avro (5600000 manat) təşkil edib.(yeniavaz.com)

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
Son xəbərlər
Bütün xəbərlər »