Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin apardığı müharibə Azərbaycan iqtisadiyyatına da təsir edəcək

“Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov səsləndirib. O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Son bir həftədə lirə 4 faiz dəyər itirib. Belə ki, ötən həftə 1 dollar almaq üçün 5.7 lirə ödəmək lazım idisə indi bu rəqəm 5.9 lirəyədək geriləyib.

Vüqar Bayramov Vüqar Bayramov

“Aydındır ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda bu Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək. Xüsusən də Türkiyə iqtisadiyyatına yönəldilən bibraşa xarici investisiyaların həcmində azalmalar ola bilər. Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır. Qeyri-neft məhsullarımızın 1/3-ü Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər. Doğrudur, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq. Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur.

Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik pisxoloji həddi aşacağı gözlənilir”,- deyə o qeyd edib.

Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »