Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı şəhər qəsəbələrində və rayonlarda qaz təminatında fasilə yaranacaq

Oktyabrın 15-də səhər saat 09:00-dan 18:00-dək Biləsuvar rayonunun mərkəzi və bir neçə yaşayış sahəsində qaz təminatında fasilə yaranacaq.

Bizimyol.info xəbər verir ki, “Azəriqaz” İB-dən verilən məlumata görə, bu zaman orta təzyiqli qaz xətti üzərində quraşdırma, əvəzlənmə və qaz sızmalarının ləğvi işləri aparılacaq.

Eyni saatlarda Goranboy rayonu, Dəliməmmədli şəhərinin Səməd Vurğun küçəsində yeni çəkilmiş qaz xəttinin mənbəyə birləşdirilməsi ilə bağlı rayonun bir neçə kənd və qəsəbəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Saat 10:00-dan etibarən isə Suraxanı rayonu, Yeni Suraxanı və Bülbülə qəsəbələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün qeyd edilən ərazilərdə qaz təminatında fasilələr olacaq.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »