Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb
cəzaçəkmə müəssisəsində

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində olublar.

Ombudsman Aparatından verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində qidalanma, su təminatı, sovqat, gəzinti, görüş, telefon danışıqları, habelə tibbi yardımın təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, saxlanma şəraiti ilə bağlı bəzi çatışmazlıqlar müəyyənləşdirilib.

"Müəssisədə psixoloji və sosial xidmətlərin təşkilinə, məhkumlara ünvanlanan fərdi iş əsasında yeni yanaşmalarla islah işinin genişləndirilməsinə və təşviqinə ehtiyac var.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə təsadüfi seçim əsasında çoxsaylı məhkumlar konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, müvafiq sənədləşmə yerində araşdırılıb, qaldırdıqları məsələlər və tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilib. Qəbul olunanlardan bəziləri saxlanma şəraitindən, barələrində olan məhkəmə hökmlərindən və aparılmış istintaqdan narazılıqlarını bildiriblər.

Fərdi qəbul və görüş zamanı qaldırılan məsələlərlə bağlı hər bir məhkuma Ombudsmanın səlahiyyətləri çərçivəsində hüquqi məsləhətlər verilib və müraciətləri qəbul olunub", - deyə Ombudsman Aparatının məlumatında bildirilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi və məhkumların müraciətlərinin təmin olunması ilə bağlı müvafiq orqanlara müraciətlər ediləcək. (Report.az)

Paylaş »
››› Turist daşıyan təyyarə yandı - Video
››› Meyxanaçı Vüqar külli miqdarda pul udması ilə bağlı xəbərlərə aydınlıq gətirdi
››› İnsan üzlü balıq görüntüləndi - Video
››› Azərbaycanda ağzı olmayan uşaq dünyaya gəldi - Video
››› Beş gün dərs olmayacaq
Son xəbərlər
Bütün xəbərlər »