Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeytsin dünyanın ən varlısı olmaq üçün 1 milyard dolları çatmır

Dünyanın ən zəngin insanı sayılan Ceff Bezos həyat yoldaşından ayrılandan sonra özünə gələ bilmir. “Amazon” şirkətinin rəhbərinin sərvəti getdikcə azalır.

Bizimyol.info xəbər verir ki, dünyanın ən zəngin insanlarının siyahısında ikinci pillədə qərarlaşan Biil Qeytsin birinci yerə keçmək üçün 1 milyard dolları çatmır. “Microsoft”un rəhbərinin 107 milyard dollar sərvəti var. Bezosun var-dövləti 108 milyarda qədər düşüb.

Son bir ildə Qeyts təxminən Bezosun itirdiyi qədər qazanıb. Ceff Makkenzidən ayrılanda 35 milyard dollardan çox pulundan keçmişdi. Üstəlik, son bir ildə sərvəti 16,7 milyard dollar azalıb. Əvəzində Qeyts bu müddətdə 16,5 milyard dollar qazanıb.

Makkenzi Bezosun boşanma sayəsində varlanmasını nəzərə almasaq, ən çox gəliri Bernar Arno əldə edib. Fransız iş adamı sərvətinin 28,5 milyard dollar artırıb. İndi Arnonun 97,1 milyard dolları var.

Son xəbərlər
Bütün xəbərlər »