Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kampaniya aparmadan ölkə prezidenti oldu

Tunisdə prezident seçkilərinin ikinci mərhələsinin nəticələrinə əsasən, ölkənin yeni prezidenti Kays Said olub.

O, 76% səslə qələbə qazanıb. Said heç bir partiyanın üzvü deyil. Seçkilərdə seçicilərin 57,8%-i iştirak edib.

Qeyd edək ki, Kays Said 2014-cü ildə yaradılan və “Ərəb dünyasının ən demokratik konstitusiyası” adlandırılan konstitusiyanın müəlliflərindən biridir. Onun 61 yaşı var və seçkiqabağı kampaniya keçirməyib.

Xatırladaq ki, Tunisin əvvəlki prezidenti Beji Kaid əs-Sebsi iyulun 25-də 92 yaşında dünyasını dəyişib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »