Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin lideri ölkəsini parçalamaq istəyənləri hədələdi: “Qanınızı tökərik”

Çin Xalq Respublikasının sədri Si Tzinpin Nepalda ölkəsini parçalamaq istəyən qüvvələrin olduğunu bildirib və onlara sərt mesajlar verib.

Bu barədə məlumat ölkənin rəsmi telekanalı “CCTV” tərəfindən yayılıb.

Qeyd olunur ki, Sin Tzinpin 22 ildən sonra Nepalı ziyarət edən ilk çinli lider olub.

Burada Çin Kommunist partiyasının lideri “ölkəni parçalamaq istəyənlərin qanını tökəcəyini və sümüklərini parçaladacağını” söyləyib.

Bundan başqa dövlət başçısı bununla bağlı ölkədaxili etirazlara dəstək verən xarici qüvvələrə də “boş xülyalar qurmamağı” tövsiyyə edib.

Böyük Britaniyanın “The Guardian” qəzeti Si Tzinpinin bu dərəcədə sərt açıqlamanı Honkonqdakı aksiyaların fonunda verməsinə diqqət çəkib.

Xatırladaq ki, Çinə məxsus bu bölgədə cinayət törədən şəxslərin mərkəzi hakimiyyət orqanlarına təhvil verilməsi barədə qanunvericilk təklifi verilmiş, lakin kütləvi etirazlardan sonra həmin layihə geri çəkilmişdi.

Siyasi müşahidəçilər isə Çinin kommunist rejiminin öz vətəndaşlarına qarşı “Mədəni inqilab” illərində xalqa qarşı qəddar və mərhəmətsiz davranışını, habelə 1989-cu ildə tələbə hərəkatında Pekinin Tyanmen meydanında əhaliyə divan tutması ilə bağlı hadisələri xatırlatmağa başlayıblar. (Musavat.com)

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
Son xəbərlər
Bütün xəbərlər »