Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov məşhur kluba lazım olmadı

Moskva “Spartak”ının baş məşqçisi Oleq Kononov istefa verəndən sonra onun yerinə bir çox mümkün namizədlərin adı çəkilirdi. Onların arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı xüsusi vurğulanırdı.

Hətta həmvətənimiz razı olarsa, tezliklə onu məşhur klubun sükanı arxasında görə biləcəyimiz qeyd edilirdi.

Bizimyol.info xəbər verir ki, Qurban Qurbanov daha “Spartak”a lazım deyil. Moskva təmsilçisi özünə yeni baş məşqçi tapıb. Bu gün alman mütəxəssis Domeniko Tedesko ilə müqavilə imzalanıb. “Spartak”ın baş direktoru Tomas Tsorn ona çox güvəndiyini bildirib.

Məşhur klub Kononovla sentyabrın 29-da yollarını ayırmışdı. “Spartak” Rusiya çempionatının adıcıl 4 oyununda uduzandan, komanda Avropa Liqasında mübarizəni dayandırandan sonra rəhbərliyin səbir kasası daşmışdı.

Tedesko bu ilin martına qədər “Şalke”ni çalışdırırdı. O, klubla Almaniya bundesliqasında ikinci yeri tutmağı bacarmışdı. Amma Çempionlar Liqasında “Mançester Siti”yə 0:7 hesablı məğlubiyyət bütün işləri korlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »