Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Türkiyədən inciyib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiya Dumasının Krımdan olan deputatlarla görüşməsi beynəlxalq qalmaqala səbəb olub. Bu addıma görə Ukrayna Türkiyədən inciyib.

Bizimyol.info xəbər verir ki, Ukrayna Türkiyəyə nota göndərib. Ərdoğanın Krımdan olan deputatlarla hesablaşması postsovet məkanı ölkəsinin xoşuna gəlməyib.

Ukrayna Xarici İşlər Nazirlyinin bəyanatında yazılıb: “Ərdoğanın Ukraynanın işğal olunmuş ərazilərində qanunsuz seçilən deputatlarla görüşü barədə informasiya narahatlıq ifadə edir”.

Bəyanatdan aydın olur ki, Türkiyənin Ukraynadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Ərdoğan deputatlar – Natalya Poklonskaya və Ruslan Balbekin yer aldığı nümayəndə heyəti ilə görüşmüşdü.

Son xəbərlər
Bütün xəbərlər »