Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Türkiyəyə qarşı daha bir sanksiya tətbiq edəcək

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Kipr sularında “qanunsuz qazma işləri”nə görə Türkiyəyə qarşı sanksiyalar tətbiqini razılaşdırıblar.

Lüksemburqda əldə edilən razılaşma “Şərqi Aralıq dənizində karbohidrogenlərlə bağlı qanunsuz kəşfiyyat fəaliyyətlərində məsuliyyət daşıyan və ya iştirak edən fiziki və hüquqi şəxsləri hədəfə alan məhdudlaşdırıcı tədbirlərin çərçivə rejimi”nin tətbiqini nəzərdə tutur.

İndi də Aİ xarici siyasətinin bununla bağlı təkliflər verməsinin zəruri olduğu bildirilir.

Bundan əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin qitə şelfində, həmçinin Şimali Kipr Türk Cümhuriyyəti hökumətinin TPAO-ya lisenziya verdiyi ərazilərdə qazma işləri apardıqlarını açıqlamışdı. (Report.az)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »