Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaş dövlət qurumunun ona 324 min manat borclu olduğunu iddia edir - Video
Cəbrayıl rayonundan məcburi köçkünü Əliheydər Əliyevin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "8 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Əliheybət Şirinovdan şikayətçidir.

Ə.Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin sifarişi əsasında yol tikinti işlərinə tələb olunan tikinti-inşaat materiallarının alınması və daşınması işlərini həyata keçirdiyini və bunun müqabilində guya pulunun ödənilmədiyini, nəticədə ona 324.660 manat məbləğində borcun yaranmasını iddia edir.

“Əliheybət Şirinov bizə müxtəlif tikinti materiallarının daşınması işlərini gördürüb və görülmüş işlərin müqabilində ödənilməli olan 324 660 manatı ödəməkdən boyun qaçırıb. Bizə haqqımız ödənilənə kimi aclıq aksiyası keçərəcəyik”,-deyə Ə.Əliyev bildirib.

Ə.Əliyev deyib ki, onunla əmək və ya xidmət müqaviləsi bağlanmayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Əliheydər Əliyevin müraciətləri əsasında müxtəlif dövlət qurumları tərəfindən aparılmış araşdırmalar zamanı ərizələrdə qeyd olunanların həqiqətə uyğun olmaması, tikinti materiallarının daşınmasının dəyərinin tam ödənildiyi müyəyyən edilib və bu barədə ona dəfələrlə əsaslandırılmış rəsmi cavablar verilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »