Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bank öz işçilərinin "boşanmış və dul" olması ilə maraqlanır – Video

Sosial şəbəkədə yayılan məlumata görə, “Xalq Bank” ASC tərəfindən insanlar ailə vəziyyətinə görə diskriminasiya olunurlar.

Bizimyol.info xəbər verir ki, “Xalq Bank”ın CV formasında ailə vəziyyəti haqqında bölmədə əvvəllər “evli və subay” bəndi vardısa, indi həmin bölməyə “dul və boşanmış” bəndləri də əlavə edilib. Qeyd edək ki, CV qısaca olaraq tərcümeyi-haldır.

Sosial şəbəkədə aparılan müzakirədə “Ailə vəziyyəti haqqında detallı məlumatın bir insanın iş karyerasına hansı təsir ola bilər” sualına cavab axtarılıb.

Bank üzrə ekspert Əkrəm Həsənov Bizimyol.info-ya bildirib ki, bankın bu tələbi aydın deyil: “Bank bunu niyə edib dəqiq bilmirəm. Sabah “Xalq bank” işçilərinin “qeyri-rəsmi münasibətini” və ya “birdən çox qeyri-rəsmi nikahını” soruşsa gərək təəcüblənməyək”.

Ekspert bildirib ki, ümumən hər bir işəgötürənin potensial işçiləri haqqında maksimal məlumat toplamaq istəyi başa düşüləndir: “Belə ki, subaysansa, o deməkdir ki hazırda rəsmi nikahda deyilsən. Amma bilirik ki, subayların bəziləri əvvəllər evlənmiş şəxslər də olur. Boşnamış şəxs haqqında rəylərdən biri odur ki, düzgün seçim etmədiyi üçün boşanıb”.

Ekspert tövsiyyə edib ki, banklar belə dəqiqliklə bilavasitə öz fəaliyyətlərinə də fikir versinlər: “Konkret olaraq “Xalq Bank”dan söhbət gedirsə, bu bank kredit verəndə daha diqqətli olmalıdır. Belə ki, “Xalq bank” “Mars” şirkətinə on milyonlarla kredit verərək, bu şirkətə məxsus paytaxtın Səməd Vurğun küçəsində yerləşən “Yasmin” Ticarət Mərkəzini girov götürüb. Banka sonradan məlum olub ki, ticarət mərkəzinin binası başqa-başqa vətəndaşlara satılıb. Bax, bank bunda diqqətli olsun, bunda daha dəqiq məlumatlar toplasın”.

Məsələ ilə bağlı “Xalq Bank” ASC-nin elektron ünvanına ([email protected]) informasiya sorğusu göndərilib.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »