Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda məmur və rəhbər bankı yaradılır - Onlara nazirlər dərs keçəcək
Bu ilin oktyabr ayında “Yüksəliş” adlı dövlət proqramının təqdimatı gözlənilir. Bizimyol.info xəbər verir ki, proqram dövlət işində, idarəçilikdə yaxşı təcrübəyə malik və bunun öhdəsindən uğurla gələ bilən məmurlar haqqında məlumat bazasının yaradılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi üçün 1 milyon manat vəsait ayrılıb.

Bura məmur və idarəçilərin adları müsabiqə əsasında daxil ediləcək, hansısa dövlət orqanında müvafiq vakansiya yaranan kimi ilk növbədə məhz bu banka müraciət olunacaq. Müsabiqədə 21-51 yaş arasında olan ölkə vətəndaşları iştirak edə bilərlər. Qaliblər mükafatlandırılacaq. Qalib gəlmiş potensial kadrlar güclü mentorların iştirakı ilə xüsusi təlimlərə cəlb ediləcəklər.Namizədlər hətta nazirlərin özlərindən belə peşəkar ustad dərsləri almaq imkanında olacaqlar. Belə ki, bu layihə çərçivəsində bir çox nazirlərimiz mentor qismində çıxış edəcəklər. İlk təlimlərdən sonra namizədlər yekun seçkidən keçəcək, daha sonra qaliblərin adları ehtiyat kadrların bankına daxil ediləcək. Növbəti mərhələdə dövlət oranları onları müvafiq işlərə rəhbər vəzifəyə dəvət edəcək.

“Bu sosial layihədir və maraqlı təcrübədir. Çalışırıq ki, seçki çox sərt olmasın, eyni zamanda bəsit alınmasın. Ən birincisi bilik və bacarığa önəm veriləcək. Hazırda prqoramın formatı işlənib, hazırlanır. Ayın sonunda bu proqram barədə ətraflı məlumat veriləcək”- deyə Bizimyol.info-ya bildirilib.

Layihə Gənclər və idman Nazirliyi tərəfindən hazırlanır.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »