Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qanuni oğru”nu şil-küt edənlər “Şakro Molodoy”un adamlarıdır

Kiyevdə bakılı kriminal avtortet “Oleq Bakinski”nin qızının toyunda “Nedelya” ləqəbli “qanuni oğru” Andrey Nedzelskinin döyülməsinin və tituldan məhrum edilməsinin təfərrüatları məlum olub.

“Criminalnaya Rossiya” portalı xəbər verir ki, onu hazırda həbsdə olan “Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanının üzvləri döyüblər. Hazırda “Nedelya”nın vəziyyəti olduqca ağırdır.

Nedelya

Münaqişə isə belə başlayıb ki, “Şakro Molodoy”un adamlarından “Yurya Moldovan” ləqəbli Yuri Yerinyak “Nedelya”nı “oğrulara qarşı sifarişlər verməkdə” günahlandırıb. “Nedelya” isə buna cavab olaraq əlini yelləyib və belə iddiaları “fraer” (kriminal jarqonda aşağılayıcı ifadə) adlandırıb. Bu zaman “Şakro Molodoy”un toyda iştirak edən qohumları-David Ozmanov (“Dato Krasnodarski”) , Nodari Asoyan (“Nodar Rustavskiy”) və Nodar Aloyan (“Nodar Tbilisskiy” ) bu sözü Şakronun özünə qarşı təhqir kimi qiymətləndiriblər. Dava başlayıb və “Şakro Molodoy”un adamları Nedzelskini döyərək onun artıq “qanuni oğru” adı daşımadığını bildiriblər.

Nedzelskinin bundan əvvəl Ukrayna xüsusi xidmət orqanları ilə əlaqələri barədə xəbər yayılmışdı, amma o həmin iddialarla bağlı heç bir reaksiya verməyib, izahatla çıxış etməyib və həmkarları ilə təmaslardan qaçıb. Hesab edilir ki, Kiyevdəki insident Ukraynadakı kriminogen situasiyanı dərginləşdirə və kriminal qruplaşmalar arasında hesablaşmalara səbəb ola bilər.

* * *

Kriminal aləmdə “Nedelya” və ya “Lvov” kimi tanınan Ukraynanın kriminal avtoriteti Andrey Nedzelski Kiyevdə tacdan məhrum edilib və döyülüb.

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Milli Polisi rəhbərinin keçmiş müavini Vyaçeslav Abroskin Feysbuk hesabında məlumat verib.

Məlumatda bildirilir ki, hadisə 12 oktyabr şənbə günü digər kriminal avtoritet Oleq Bakinskinin ailəsindəki toyda baş verib. Abroskinin dediyinə görə, üç qanuni oğru Nedzelskini tacdan məhrum edərək, "şiddətli döyüb və həmin ərazidən kənarlaşdırıblar". O əlavə edib ki, artıq Ukraynada cinayətkar qrupun liderlərindən biri azaldı, və "bu da çox yaxşıdır.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »