Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu dəfə Hadı müəllim düz deyir, amma qocalığı gənckən düşünməyimiz üçün özəl pensiya fondları niyə yaradılmır?

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında bildirib ki, "Rusiyada çox sayda azərbaycanlılar işləyir və onlar Azərbaycanın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsaitlər ödəməlidir".

Hadı Rəcəbli bu fikri onunla əlaqələndirib ki, Rusiya və digər ölkələrdə toplanan əmək stajı dövlətlərarası konvensiyada olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb

Ona görə də insanların orada uzun müddət işləməsi və əmək haqqı alması sonda onların pensiyasına təsir etmir. İqtisadçı Rəşad Həsənov Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, əksər ölkələrdə o cümlədən Azərbaycanda əmək stajı dövlətlərarası konvensiyada olsa da, Rusiya tərəfindən ratifikasiya olunmayıb.

Rəşad Həsənov

Burda söhbət qanuni əmək fəaliyyəti ilə məşğul olanlardan getmir. Beləki onların hüquqları sığorta köçürtmələri ilə qorunur və həll olunur. Qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olanlar isə qocalanda Azərbycana dönüb pensiya tələbi etsələr problem yaranır. 2017-ci iyunun 1-dən edilmiş dəyişikliyə əsasən, pensiya yaşı çatmış vətəndaşlar pensiyanı iki halda ala bilər. Ya 25 il sığorta stajı olmalıdır, ya hesabında minimum pensiya kapitalına uyğun məbləğ toplanmalıdır. Yəni 28 800 manat. (200 manat 144 aya vurulmaqla hesablanır). Bu iki tələb yerinə yetirilmədiyi halda pensiya almaq mümkün olmur. Ona görə Hadı Rəcəbli bu çağırışı ilə bu dəfə haqlıdır. Qanunvericilik həm icbari, həm könüllü əsaslarla sığorta yığımına imkan yaradılr. Qocalığını normal keçirmək istəyən insan bunu edə bilər.Rusiyada və başqa ölkələrdə qeyri qanuni əmək fəaliyyətində olan insanlar (söhbət dövlət qeydiyyatından gedir) burda ödəmələr edib qocalıq rifahlarını təmin edə bilərlər.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hələ iyun ayında bildirmişdi ki, Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik fəaliyyət planı hazırlanır. Planın önəmli komponentlərindən biri də özəl pensiya fondlarıdır. Özəl pensiya fondlarının üstünlüyü bundadır ki, vətəndaş ora ödəmə edir və bunun müqabilində hətta təqaüd yaşı çatmamış da pensiyaya çıxıb fond tərəfindən təqaüdlə təmin edilir. Özəl pensiya fondunun üstün cəhətlərindən biri odur ki, bu vəsaitlərdən istifadə nəticəsində əldə edilən gəlirlərin faizləri yığım üzərinə əlavə edilir. Bu da vəsaitlərin artmasına gətirib çıxardır. Digər üstün cəhəti isə əvvəlcədən razılaşdırılmış şərtlər daxilində pensiya yaşına çatmadan belə təqaüd almağın mümkün olmasıdır. Həmçinin hesaba yığılmış vəsaitləri birdəfəlik götürmək olar. Əksər özəl pensiya fondları bu imkanları yaradır. Bu xarici təcrübədə artıq uzun illərdir tətbiq olunur. Özəl fondların yaranması rəqabət mühitinin formalaşmasına yardım edir. Fond pulu əmanət kimi saxlamır, ondan istifadə edir, investisiyalara cəlb edir. Vətəndaşın fonddan alacağı məbləğ ora qoyulan puldan asılı olur.

Bütün dünyanın qocaları pensiya yaşını toy-bayram kimi gözlədiyi halda Azərbaycanda pensiyaya məhkum ömür sürmək ölümlə yaşam arasındakı sürünmək kimi bir şeydir. Azərbaycanlılar hər zaman zəhmətkeş xalq olublar. Əməyə, zəhmətə bu qədər dəyər verən bir millətin pensiya dönəminin bu qədər zillətli olması ürəkaçan deyil. Ona görə ümid edirik, tezliklə bizdə də bu faydalı təcrübənin tətbiqinə başlanılar və qocalarımız avropalılar kimi qocalığın huzurunu, dadını çıxararlar.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »