Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başlayıb.

Bizimyol.info xəbər verir ki, vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçirilir.

V. Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi V.Məmmədəliyev uzun sürən xəstəlikdən sonra oktyabrın 13-də, 77 yaşında vəfat edib.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.

V.Məmmədəliyev "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.(apa)

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »