Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hökumət niyə xalqı saymadı?

Bir neçə gün öncə ölkədə siyahıyaalınması keçirilsə də, bir çoxları bu prosedurdan kənarda qaldı. Sözün hərfi mənasında dövlət tərəfindən sayılmadığını söyləyənlər oldu. Və bu insanların sayı təəssüf ki, 5-10 nəfər deyil, minlərlədir.

Onlar arasında tanınmış similar da az deyil. İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, siyahıya alınma üçün büdəcədən ayrılmış 23 milyon manat bir qurup məmur tərəfindən “yeyilib”, görülən iş isə ürəkaçan deyil.

Natiq Cəfərli Natiq Cəfərli

“Ölkədə əhalinin sayahıyaalınması başlamadan öncə bir neçə dəfə mətbuata açıqlamamda dedim ki, hökumət bunu formallığa, məmurlar isə pul yeməyə çevirməsə, doğru-düzgün iş qurulsa ölkənin gələcəyini planlamaq, sosial, siyasi, iqtisadi problemləri çozmək üçün çox qiymətli məlumat bazası yaradıla bilər.

Amma bu sistem yenə ən yaxşı bildiyini etdi - yalan uydurdu, 23 mln. manat büdcə pulunu qalstuklular tayfası 10 günə yeyib-bitirdi.

Bu işə məsuliyyətli orqan Dövlət Statistika Komitəsi idi, xalqın gözü görə-görə 10 günə yalan uyduran DSK-nın başqa yalanlarına nədən inanmalıyıq?! Eyni qayda ilə 2,5% inflyasiya, cəmi 5% işsizlik, 4,9% yoxsulluq nağıllarını da uydurublar. Siyahıya alma kimi bəsit bir işin içinə edən DSK başqa makro-iqtisadi rəqəmləri də göydən götürür və anlamır ki, düzgün statistika və məlumat bazası problemlərə doğru diaqnoz qoyulmasının əsasını təşkil edir - məlumat bazası səhvdirsə, diaqnoz mümkün deyil, diaqnoz səhvdirsə müalicə doğru ola bilməz”.

Ekspertin fikirlərinə haqq verməmək mümkün deyil.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »