Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzada ölənin yaxınları tibb işçilərini döyüblər

Şirvan Şəhər Xəstəxanasında dağıntılarla müşayiət olunan insident baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabulda baş vermiş avtoqəzada xəsarət alan sürücünün xəstəxanada dünyasını dəyişməsindən sonra onun yaxınları dağıntılar törədib, tibb işçilərini döyüblər.

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində avtoqəza zamanı ağır-kəllə beyin travması alan Füzuli sakini, 52 yaşlı Hüseynov Qəfər Qənimət oğlu axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib. Hadisədən qəzəblənən mərhumun yaxınları şöbənin və xəstəxananın qapılarının şüşələrini sındırıb, palataya hücum edərək komatoz vəziyyətdə olan xəstənin qolundakı sistem iynəsini sındırıblar, həkimləri və sanitar xidmətçiləri döyüblər.

Hazırda Şirvan Şəhər Polis Şöbəsinin təhqiqatçıları xuliqanlıq hadisəsi ilə əlaqədar araşdırma aparırlar. Ölən şəxsin meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Qeyd edilir ki, qəzada xəsarət alan sürücü kritik vəziyyətdə, ağır kəllə-beyin travması, beyninin daxilinin kəskin əzilməsi diaqnozu ilə Reanimasiya şöbəsinə daxil olub və eyni zamanda bundan əvvəl də açıq ürək əməliyyatı keçirib.

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »