Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xamneyi İmran Xanı qəbul edib

“İrana qarşı müharibəyə başlayan təəssüf edəcək"

İranın ingilisdilli presstv.com saytının xəbərində deyilir ki, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Pakistanın baş naziri İmran Xanla görüşüb. Dini rəhbər Yəməndə davam edən müharibənin bitməsinin bölgəyə müsbət təsir göstərə biləcəyini vurğulayıb: "İran İslam Respublikası uzun müddətdir ki, Yəməndə gedən müharibənin bitməsi üçün dörd maddəlik plan təklif edib. Bu müharibənin sona çatması bölgəyə müsbət təsir göstərə bilər".

İranın Pakistanı qonşu qardaş dövlət kimi gördüyünü söyləyən Ayətullah Xamenei əlavə edib ki, fürsəti dəyərləndirməliyik. İki ölkənin münasibətləri indiki vəziyyətdən daha yaxşı olmalıdır. Sərhədlərin təhlükəsizliyi gücləndirilməli və qaz kəməri kimi layihələr başa çatdırılmalıdır.

"İran İslam Respublikası heç vaxt hər hansı bir müharibənin təşəbbüskarı olmayıb, amma hər hansı bir ölkə İrana qarşı müharibəyə başlasa, şübhəsiz ki, təəssüflənəcək", Seyid Əli Xamenei deyib.

Dini lider qeyd edib ki, “bəzi regional ölkələrin” İraq və Suriyada terrorçu qruplara dəstək verməsi müharibəyə gətirib çıxardı, eyni zamanda Yəməndə qanlar axdı: “Belə ölkələrə qarşı düşmən mövqeydə olmaq fikrində deyilik. Ancaq onlar Amerikanın təsiri altındadır. Və onlar Amerikanın arzusuna uyğun olaraq İran İslam Respublikasına qarşı çıxırlar”.

Görüşdə İran prezident Həsən Ruhani də iştirak edib.

Pakistanın Baş Naziri İmran Xan İranın Pakistan üçün xüsusi önəm daşıdığını bildirib.

Şübhəsiz ki, cənab Xamenei “bəzi regional ölkələr” dedikdə Səudiyyə Ərəbistanını və onun ətrafında olan körfəz ölkələrini nəzərdə tutur.

O da bəllidir ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman İmran Xana müraciət edərək öz ölkəsi ilə İran arasında yaranmış gərginliyin aradan qaldırılmasında vasitəçi olmağı xahiş etmişdi. Təbii ki, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə Pakistanın baş naziri İmran Xanın görüşü zamanı bu məsələ də müzakirə olunub. Nəticələr barədə tezliklə xəbərlər yayılacaq... (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »