Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Amerika Yaxın Şərqi Rusiyaya uduzur - Putin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedir
2019-10-01_194922

“Körfəz dövlətləri və İranla yaxşı əlaqələri olan Rusiya regional gərginliyin azaldılmasında ciddi rol oynaya bilər.” Səudiyyə Ərəbistanının “Arab News” saytı bildirir ki, cənab Putin “Al Arabiya”, “Sky Nеws Arabia” və “RT Arabic” kanallarına verdiyi müsahibədə belə deyib.

Sayt bildirir ki, Rusiya prezidenti yalnız bir dəfə-2007-ci ildə Ər-Riyadda rəsmi səfərdə olub.

Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı münasibətləri tərifləyən Putin dünyanın neft nəhəngi sayılan “Aramco”nun neft obyektlərinə məlum hücumları pisləyib.

Kral Salman və vəliəhd Məhəmməd bin Salman ilə "çox yaxşı münasibətlər"i olduğunu bildirən Rusiya prezidenti deyib ki, bazar ertəsi Səudiyyə Ərəbistanına, çərşənbə axşamı isə Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olacaq.

Putin Krallıq ilə Rusiya arasında iqtisadi əməkdaşlıqda 38 faiz artım olduğunu vurğulayıb. Deyib ki, Rusiyanın neft-kimya şirkəti “Sibur Holdinq” Səudiyyə Ərəbistanında dəyəri 1 milyard dollardan çox olan neft-kimya kompleksi tikmək fikrindədir.

Rusiya prezidentinin sözlərinə görə, rəsmi Moskva Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etmədən Suriyada müsbət nəticə əldə edə bilməzdi: "Səudiyyə Ərəbistanının Suriya böhranının həllində oynadığı müsbət rolu vurğulamaq istərdim ... Səudiyyə Ərəbistanının Suriyada tənzimləmə işinə verdiyi töhfə olmadan müsbət nəticə əldə etmək mümkün olmazdı".

Prezident Suriya böhranına "konstruktiv yanaşma" sərgilədiyinə görə rəsmi Ər-Riyada təşəkkür edib: "Suriya münaqişəsini həll etmək üçün Türkiyə və İranla birlikdə çalışırıq. Ancaq Səudiyyə olmadan yaxşı bir həll variantı tapma mümkün olmazdı."

Rusiya prezidenti OPEC + la bağlı da müəyyən fikirlərini bölüşüb. Bildirib ki, neft ticarətində sabitliyi təhdid edən təhlükələri aradan qaldırmaq üçün "birlikdə çalışmalıyıq".

ABŞ “Aramco”nun neft obyektlərinə hücumla bağlı Səudiyyə Ərəbistanının və Körvəz ölkələrinin təkidinə baxmayaraq İrana hərbi zərbə endirməkdən imtina etdi. Vaşinqtonun məyus etdiyi rəsmi Ər-Riyad İranla anlaşmaq zorunda qaldı. Problemi həll etmək üçün Pakistan və İraq liderlərinə üz tutdular.

Heç şübhəsiz ki, Səudiyyə Ərəbistanı İranla anlaşmaq üçün Rusiya ilə də danışıqlar aparacaq. “Arab News”un yazdığı kimi, “Körfəz dövlətləri və İranla yaxşı əlaqələri olan Rusiya regional gərginliyin azaldılmasında ciddi rol oynaya bilər.” Bu həm də o deməkdir ki, Yaxın Şərqdə etibarını itirən ABŞ-ın əldən verdiyi yüksəkliləri Rusiya ələ keçirmək fikrindədir... (Musavat.com)

Paylaş »
››› "Bu, 10 minlərlə insanı pensiyasız qoymaq demək olacaq" - Açıqlama
››› Ekspert prezidentdən problemli kreditin həllini istəyən vətəndaşı tənqid etdi - Video
››› Daha bir ölkə İrandakı aksiyalara dəstək oldu
››› Van Dammın Azərbaycan haqda paylaşımına rekord sayda bəyənmə gəlib
››› Evi olmayanlar 25 il faizsiz kirayə haqqını ödəyib hazır mənzilə sahib olacaqlar
Son xəbərlər
Bütün xəbərlər »