Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranla oyunda Kamboca milli komandasını cəmi bir azarkeş dəstəklədi

Futbol üzrə İran milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Kambocanı darmadağın edib (14:0).

Qarşılaşma həm də qonşu ölkədə qadınların 38 ildən sonra ilk dəfə stadiona buraxılmasıyla yadda qalıb.

Bizimyol.info xəbər verir ki, İran – Kamboca oyunu başqa bir məqamla da tarixə düşüb. Qonaq komandanı cəmi bir azarkeş dəstəkləyib.

İranlı jurnalistlərin adını dəqiqləşdirə bilmədiyi futbol fanatı milli komandanın oyunu üçün 6 min kilometr qət edib. O, buraxılan ardıcıl qollara baxmayaraq ruhdan düşməyib. Bütün oyun boyu fəal olub. Mahnı oxuyub, baraban çalıb, Kamboca bayrağını dalğalandırıb.

Son xəbərlər
Bütün xəbərlər »