Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "Məndə “Twitter” yoxdur və mən Trampı izləmirəm"

Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Trampın “Twitter”də yazdıqlarını oxumur, ancaq hesab edir ki, onun fikirləri dünya üçün vacibdir.

Donald Tramp

Rusiya lideri bunu Al Arabia, Sky News Arabia və RT Arabic-ə verdiyi müsahibədə müvafiq suala cavab verərkən deyib.

“Mənim özümdə “Twitter” yoxdur. Mən bunu izləmirəm. Ancaq, əlbəttə ki, zaman zaman əməkdaşlarım mənə məlumat verirlər",-deyə Rusiyanın dövlət başçısı bildirib.

Bununla yanaşı, Rusiya lideri vurğulayıb ki, ABŞ Prezidentinin fikri həmişə vacibdir, həmişə çoxları üçün, ümumilikdə dünya üçün vacibdir. "Ancaq özüm onları oxumuram",- deyə V.Putin əlavə edib. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »