Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jirinovski çayxanalara qarşı çıxır

Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkədə şərq mətbəxini ifadə edən restoranların sayının artmasından narahatlığını bildirib.

Dumanın deputatının fikrincə, rus mətbəxi bu qədər arxa plana keçməməlidir.

Bizimyol.info xəbər verir ki, Jirinovski həm də çayxanalara qarşı çıxıb. O, şərq mətbəxi təqdimatıyla fəaliyyət göstərən restoranlarda dadlı yeməklərin olmasını etiraf edib. Amma rusların da mətbəxinin yaxşı olduğunu deyib: “Hər yeri çayxanalar bürüyüb. Hanı rus samovarı, pelmeni, blinçiklər, şorbalar? Laqman və çebureklər çox dadlıdır. Amma ruslar öz mətbəxinin dadına harada baxa bilər?”

Partiya sədri çayxanaların sayının artmasından da narazıdır. Onun fikrincə, belə yerlərin çoxu bağlanmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »