Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkə ərazisində güclü külək əsir - Dənizdə dalğanın hündürlüyü 4,8 metrə çatıb

Oktyabrın 12-də saat 21.00-a olan məlumatına əsasən, ölkə ərazisində güclü küləkli qeyri-sabit hava şəraiti davam edir.

Bizimyol.info xəbər verir ki, Ekologiya, Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi Qum adasında, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20m/s, Sumqayıtda 19 m/s, Ağstafada 18 m/s, Salyan, Şəkidə 16 m/-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaltan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.

Sabah, okyabrın 13-də səhər saatlarından başlayaraq küləyin mülayimləşməsi, yağışın kəsməsi gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »