Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə öldürülən terorçularla bağlı yeni məlumat verib

Türkiyə Müdafiə Nazirliyi, Suriyanın şimalında "Sülh çeşməsi" Əməliyyatı zamanı Kürdüstan İşçi Partiyasının eləcə də Suriya Kürd Özünümüdafiə Qüvvələrinin (PKK-YPG) 459 üzvünün zərərsizləşdirildiyini bildirdi.

Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, Türkirə Müdafiə Nazirliyi həmçinin Fərat çayının şərqindəki əməliyyatın uğurla davam etdiyini qeyd edib. Bir gün əvvəl Ankara 342 terorçunun zərərsizləşdirildiyi barədə məlumat vermişdi.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada PKK və İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatın başladığını elan etdi. Onun sözlərinə görə, Türk qoşunları Adana razılaşmasına əsasən Suriyadadır. "Bu razılaşmaya görə, rejim Kürdüstan İşçi Partiyasına qarşı tədbir görməzsə, ordumuzun terrorçuları mühakimə etmək hüququ var",- demişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »