Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə millisinin kapitanının qabırğası qırılıb

Türkiyə millisinin heyətində zədələnən "Fənərbağça"nın futbolçusu Emre Belözoğlunun durumuna aydınlıq gəlib.

Bizibyol.info xəbər verir ki, Türkiyə Futbol Federasiyasının məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) görüşdə xəsarət alan 39 yaşlı yarımmüdafiəçinin sol qabırğasında qırıq aşkarlanıb.

Yığmanın kapitanının Fransaya qarşı növbəti matçda iştirak etməyəcəyi dəqiqləşib. Buna baxmayaraq, təcrübəli oyunçu vacib qarşılaşmada komanda yoldaşlarının yanında olmaq istədiyini və müalicəsinə yığma ilə birgə davam etdirəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Fransa - Türkiyə matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Hər iki kollektiv qrup mərhələsində 18 xal toplayıb.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »