Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda metroda pul tapdı, sahibini axtarıb tapdı - Foto

Oktyabrın 10-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları maraqlı hadisənin şahidi olublar.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, metroda xidmət aparan polis əməkdaşına yaxınlaşan Rza Ələsgərov adlı şəxs platformadan yerdən 400 manat məbləğində pul tapdığını bildirib və onu sahibinin tapılması üçün polis əməkdaşına təqdim edib.

M.Allahverdiyeva və R.Ələsgərov M.Allahverdiyeva və R.Ələsgərov

Polis əməkdaşı bu barədə dərhal aidiyyəti üzrə məlumat verib. Məlum olub ki, metrodan istifadə edən bir qadın da həmin gün 400 manat məbləğində pulunu itirməsi barədə müraciət edib.

Metropolitendə Polis Şöbəsinin rəhbərliyinin tapşırığı ilə R.Ələsgərov və M.Allahverdiyeva Şöbəyə dəvət edilib, polis əməkdaşlarının da iştirakı ilə pulu tapan şəxs onu sahibinə qaytarıb.

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »