Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ziyafətdən sonra hava almağa çıxan tələbə Fransadan keçib İspaniyaya çatdı - Foto

Ziyafət sonrası sərxoş olan tələbə hava almaq üçün çıxıb və 800 mil yeriyərək Fransaya çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Daily Mail” xəbər verir.

Ross-on-Vye şəhər sakini 20 yaşlı ingilis Barni Rul Edinburq Universitetini bitirməsini ziyafətlə qeyd edib. Səs-küylü ziyafət sonrası oğlan bayıra çıxaraq 13 mil (təqribən 20 kilometr) yeriyib. Bir müddət sonra o, evdən nə qədər çox uzaqlaşdığını başa düşüb. Ancaq geri dönmək əvəzinə, yoluna davam edib.

Chesterdən başlayan tələbə Pul şəhərinə çatıb və paroma minərək Fransanın Şerbur-Oktevil liman şəhərinə çatıb. Bundan sonra o, Fransa ətrafında gəzməyə başlayıb və burada Renn, Anje, Sent, Bordo və digər şəhərləri ziyarət edib.

Bu günə qədər Rul 800 mil məsafə qət edərək ölkənin cənub-qərbinədək gedib. Tələbə son dayanacaq olaraq İspaniyanın şimalındakı San-Sebastian şəhərini seçib. Səyyahın dediyinə görə, o, gün ərzində 20 mil (32 kilometr) məsafə qət edir, çadırda yatır və səfərinə özü sponsorluq edir:

“Mən həmişə İspaniyaya getmək istəyirdim, amma bunu sərxoş olana qədər etmədim. Mən qanunu pozmadığımdan əmin deyildim. Sadəcə, başa düşdüm ki, başımı havaya qaldırmalıyam”.(oxu.az)

Ingilis tələbə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »