Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Useyn Bolt gecə klubunda başlayan davanın iştirakçısı oldu - Video

Qısa məsafəyə qaçış üzrə səkkizqat Olimpiya çempionu, yamaykalı Useyn Bolt Londondakı gecə klublarından birində kütləvi davanın iştirakçılarından olub.

Bizimyol.info xəbər verir ki, “The Sun”nun verdiyi məlumata görə, “Toy Room” klubunda yaşanan davada Bolt və onun beş dostu iştirak edib.

Onlar Şərqi Avropadan olan yeddi nəfərlə dalaşıb. Daha sonra dava küçədə davam etdirilib. Boltun özü aktiv şəkildə dalaşanlardan olmayıb. O, yalnız hər iki tərəfi sakitləşdirməyə çalışıb. Şahidlərin deməyinə görə, əlbəyaxa dava olsa da, ciddi xəsarət alan olmayıb. Saat 3-də polisin gəlməsindən sonra dava dayanıb.

Son xəbərlər
Bütün xəbərlər »