Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadına qarşı soyğunçuluq edən taksi sürücüsü saxlanılıb

İdarə etdiyi avtomobilinə sərnişin qismində oturmuş qadına qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 11-də saat 1 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Renault” markalı avtomobilə sərnişin qismində oturub Dədə Qorqud qəsəbəsinə getdiyini, qəsəbə ərazisində isə sürücünün onu hədələyib 120 manat pulunu aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Suraxanı RPİ-də araşdırma aparılır.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »