Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmosda yaşlanan adam - Video

İtalyan astronavt Luka Parmitano insanlara kosmosdan marağlı məlumatlar çatdırmağa dəvam edir.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Luka əsasən miktoqravitasiya zamanı insanlarda hansı fizioloji proseslərin baş verdiyini araşdırır.

"Artıq missiyamızın üçüncü ayı başlayır. Elmlə məşğuluq. Bir çox maraqlı eksperimentlərimiz var. Bir az duru maddələrdən söz açmaq istəyirəm. Bildiyiniz kimi, mikroqravitasiya zamanı bütün qan bədənin üst hissəsinə yığılır. Bu isə ürək-damar sistemindəki əzələlərin dartılmasına gətirib çıxarır. Burada kosmonavtların təzyiqi qalxır. Mənim istirak etdiyim eksperimentdə kosmosda "damar yaşlanması" ətraflı araşdırılır. Doğrudan da, biz buradan qayıdanda, bizim ürək-damar sistemimizdə qocalma müşahidə olunur. Bu nə ilə bağlıdır? Bu məsələni ətraflı araşdırıb nəticələri sizlərlə bölüşəcəyik".

Adelya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »