Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Canavar işə gedən qadınlara xəsarət yetirdi
Bu gün səhər saat 6 radələrində Salyan rayonunun Şəkərli kəndində yaxınlıqdakı istixanalardakı iş yerlərinə gedən iki qadına canavar hücum edib.

Bizimyol.info saytı Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə qayın arvadları olan 48 yaşlı Tahirə Həbulla qızı Səmədova və 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova kollektorun çöl sahəsinə tərəf keçərək iş yerlərinə gedərkən baş verib.

Belə ki, yaxınlıqdakı kolluqda yatmış canavar bu zaman hər iki qadına hücum edərək qollarından xəsarətlər yetirib.

Bu zaman öz sürüsülərini çölə otarmağa aparan sakinlər qadınların harayına gələrək çomaqla canavarı öldürüblər.

Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılan hər iki qadına quduzluq əleyhinə peyvənd vurulub. Onlar tibbi yardım göstərdikdən sonra evə buraxılıblar.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »