Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Axsaq Ceyhun" bu dəfə Moskva polisindən qaça bilmədi

Üç il əvvəl qətl törədən azərbaycanlı Moskvanın metro stansiyalarından birində silahla yaxalanıb.

Bizimyol.info xəbər verir ki, onun üzərindən tapança, patronlar və saxta pasport tapılıb.

“Moskovskiy Komsomolets” aydınlaşdırıb ki, tutulan şəxs əvvəllər oğurluğa və quldurluğa görə məhkum edilmiş 47 yaşlı Azərbaycan vətəndaşı Ceyhundur, istintaqın versiyasına görə o, 2016-cı ildə öz həmyerlisini qətlə yetirib.

Ceyhunun xüsusi əlamətləri var-onun bir ayağı axsayır və belini əyib gəzir. Lakin bunlar heç cür Ceyhunun qaçış sürətinə təsir etmir, çünki mənbələr onun bir neçə dəfə polislərdən qaça bildiyini deyirlər. Lakin bu dəfə, oktyabrın 11-də axşam axsaq Ceyhun qaça bilməyib.

Əməliyyatçılar onun izinə bir neçə gün əvvəl mobil telefon oğurlamasından sonra düşə biliblər. Təhlükəli cinayətkarın yaxalanması əməliyyatı metronun “Konkovo” stansiyasında həyata keçirilib. Məlumata görə Ceyhun azərbaycanlılardan ibarət etnik cinayətkar qruplaşmanın üzvüdür və başqa ağır cinayətlər törətməsi də istisna deyil.(virtualaz.org)

Axsaq Ceyhun

Son xəbərlər
Bütün xəbərlər »