Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisə butulka atdılar, cavabı qumbara ilə aldılar

Praqada  2020-ci il Avropa çempionatının seçmə mərhələsinin Çexiya-İngiltərə oyunundan bir gün öncə britaniyalı azarkeşlərlə yerli polis arasında toqquşma olub.

Bizimyol.info xəbər verir ki, BBC-nin verdiyi məlumata görə, yerli vaxtla saat 19:00-a yaxın Köhnə şəhərin meydanında ingilis azarkeşlər hakimiyyət nümayəndələrinə butulka atmağa başlayıblar. Qarşılığında isə polis qulaqbatırıcı qumbaralarla cavab verib. Nəticədə, hüquq-mühafizə orqanlarının nümayəndələri 10-a yaxın insanı yerə uzanmağa məcbur edib.

Ümumilikdə, polis 14-ü ingilis olmaqla 31 azarkeşi həbs edib.

Son xəbərlər
Bütün xəbərlər »