Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda avtomobil piyadanı vurub öldürdü

Dünən Bakıda naməlum avtomobil piyadanı vuraraq öldürüb.

Dünən Səbail rayonu, Yeni Salyan yolu 2 ünvanı yaxınlığında piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Belə ki, 10 oktyabr saat 19 radələrində naməlum avtomobil sözügedən ərazi yaxınlığında yolu keçmək istəyən piyada, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü İsmayılova Aidə Rüstəm qızını vuraraq qarşı yolda hərəkətdə olan Bakı şəhər sakini Abdullayev Cavanşir İsmayıl oğlunun idarə etdiyi "Volkswagen" markalı avtomobilin önünə atıb.

Nəticədə avtomobil qadının üzərindən keçib.

Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xatırladaq ki, dünən Bakı ərazisində qeydə alınan 3 avtomobil qəzasında 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. (Oxu.az)

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »