Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda 4 gündür insanları küçələri yumağa məcbur edirlər

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB dövlət başçılarının növbəti toplantısı keçirilir. Neçə gündür buna görə Asiya ölkəsinin əsas şəhərində abadlıq işləri aparılır.

Bizimyol.info xəbər verir ki, Aşqabadda insanları küçələri yumağa məcbur edirlər. Kommunal xidmət sahələrinin əməkdaşları gecə saat 3-ə qədər təmizlik işi ilə məşğul olur. Bu haqda Türkmənistanda fəaliyyət göstərən alternativ media məlumat verib.

İşə xadimələr, bağbanlar, santexniklər, elektriklər, mənzil-istismar sahəsinin əməkdaşları cəlb olunub. Onlar şəhərin mərkəzindəki hər yeri süpürür, təmizləyirlər. “Aşgabtagyzsuw” – Aşqabad su idarəsinin maşınları dayanmadan su daşıyır ki, küçələr yuyulsun. İşlərin çoxu əl ilə aparılır.

Xadimələrdən biri jurnalistlərə danışıb ki, onlara zəhmətə görə heç bir pul ödənilmir. İş 09.00-da başlanır, 18.00-da bitir. İşləyənlərə iki saat istirahət verəndən sonra onları axşam saat 8-də bir daha toplayırlar.

Son xəbərlər
Bütün xəbərlər »