Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edib

Bu gün “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edib.

Bu barədə Bizimyol.info-ya qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Goranboy və Naftalan rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilib.

V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib.

Bu gün həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Bərdədə, bu rayondan və Tərtərdən olan vətəndaşların müraciətini dinləyib.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
Son xəbərlər
Bütün xəbərlər »